Saakaşvilidə təhlükəli beyin xəstəliyi aşkarlandı

Saakaşvilidə təhlükəli beyin xəstəliyi aşkarlandı
Yayınlanma tarixi: 11/19/2021 5:27:10 PM

Bu barədə Gürcüstan Ombudsman Aparatı bəyanat yayıb.

Gürcüstanın eks-prezidenti, hazırda həbsdə olan Mixeil Saakaşvilidə təhlükəli beyin xəstəliyi aşkarlanıb.
İslamazeri.com-un Sputnik-ə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Ombudsmanı Aparatının bəyanatında bildirilir. Bəyanatda qeyd olunur ki, siyasətçi komaya düşə, nəticədə ölə bilər.
Qeyd edək ki, Gürcüstan Ombudsmanı tərəfindən yaradılan mütəxəssislərdən ibarət qrup həbsdə olan M.Saakaşvilini müayinə edib.
Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. Onu üç məhkəmə instansiyası parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və "Gürcüstan Birləşmiş Bankı"nın əməkdaşı Sandro Qirqvlianinin işinə görə müqəssir bilib.
Prokurorluqdan bildirilib ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsi hələlik müzakirə olunmur və cəzasını vətənində çəkəcək. Oktyabrın 1-də Rustavi həbsxanasına aparılan Mixeil Saakaşvili elə həmin axşam özünə qarşı irəli sürülən hökmlə razı olmadığını, özünü siyasi məhbus hesab etdiyini bildirərək aclıq elan edib.

GÜNÜN MANŞETLERİ

Tramp: İran helikopterimizi vurub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Tramp: İran helikopterimizi vurub

6/10/2026 10:12:03 AM
Ayətullah Xamenei üçün dəfn mərasimi keçiriləcək
REGİON / İRAN

Ayətullah Xamenei üçün dəfn mərasimi keçiriləcək

6/10/2026 10:00:36 AM
Sabahın hava proqnozu
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu

6/9/2026 5:31:57 PM