Zaxarova ABŞ prezidenti Donald Trampın İran uranı ilə bağlı planına cavab verib.
İslamazeri.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, İranın zənginləşdirilmiş uranı ilə bağlı son söz yalnız Tehrana məxsusdur.
Trampın "İranda zənginləşdirilmiş uranın məhv edilməsi üçün ABŞ-a verilməli və ya beynəlxalq nəzarət altında yerində məhv edilməli" ifadəsinə gəldikdə isə, Zaxarova deyib: "Zənginləşdirilmiş uran İrana məxsusdur. Uranla nə edəcəyinə yalnız Tehran qərar verə bilər. Bu məsələdə son söz İrana məxsusdur".