Ruhaninin ofisi Le Fiqaronun "çevriliş" xəbərini yalanladı

Ruhaninin ofisi Le Fiqaronun
Yayınlanma tarixi: 2/24/2026 11:58:25 PM

İranın XI və XII hökumətlərinin prezidenti olmuş Həsən Ruhaninin ofisinin İctimaiyyətlə Əlaqələr şöbəsi xarici KİV-lərdə yayılan məlumatları təkzib edərək, onları yalan, uydurma və ABŞ ilə İsrail mənbələrinin psixoloji əməliyyatlarının davamı kimi qiymətləndirib.

İslamazeri.com-un xəbərinə görə, Şöbənin yaydığı bəyanatda bildirilir ki, son günlər iki Amerika və Avropa nəşrində tamamilə əsassız iddialar dərc olunub və sabiq prezident Həsən Ruhani barədə səsləndirilən fikirlər media hesabatından daha çox xəyali ssenariləri xatırladır.

Bəyanatda qeyd olunur ki, Le Figaro və The New York Times anonim mənbələrə istinad edərək saxta xəbərlər yayıb, bununla da öz peşəkar nüfuzlarını sual altına alıblar və digər materiallarına olan etimadı zədələyiblər.

Açıqlamada vurğulanır ki, Ruhani, eləcə də sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif və digər siyasi fiqurlar haqqında bu cür “xəbər istehsalı” ABŞ və İsrail mənbələrinin İran ictimaiyyətində şübhə və narahatlıq yaratmaq məqsədi daşıyan psixoloji əməliyyatlarının tərkib hissəsidir. Bildirilir ki, bu addımlar iqtisadi sanksiyalar və hərbi təhdidlər vasitəsilə aparılan maksimum təzyiq siyasətini tamamlayır.

Bəyanatda həmçinin qeyd olunur ki, “Le Figaro” və “The New York Times”ın irəli sürdüyü ssenarilərin əsassızlığı o qədər aydın olub ki, anti-İran psixoloji əməliyyatlarında iştirak edən media qurumları istisna olmaqla, başqa platformalarda heç bir əks-səda doğurmayıb. Sənəddə bu hal İran ictimaiyyətinin ayıqlığı və yerli medianın peşəkarlığı ilə yanaşı, adıçəkilən xarici nəşrlərin ölkədəki real vəziyyət, qərar qəbuletmə mexanizmləri və siyasi-təhlükəsizlik münasibətləri barədə məlumatlı olmamasının göstəricisi kimi dəyərləndirilib.

"Le Figaro" yazıb ki, Həsən Ruhaninin təşəbbüsü ilə 2026-cı ilin yanvarında İranda baş verən kütləvi etirazlar fonunda Ayətullah Xameneinin faktiki olaraq idarəçilikdən uzaqlaşdırılmasına cəhdi edilib.

GÜNÜN MANŞETLERİ

Azərbaycan XİN-nin iftar süfrəsində Qəzza mesajı - FOTO
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycan XİN-nin iftar süfrəsində Qəzza mesajı - FOTO

2/25/2026 12:20:01 AM
İordaniya kralından İran xəbərdarlığı
DÜNYA / İSLAM DÜNYASI

İordaniya kralından İran xəbərdarlığı

2/25/2026 12:09:25 AM
Orucun bədənə faydaları
DİN

Orucun bədənə faydaları

2/24/2026 5:39:09 PM