Rəsmi Bakı: "Somalilənd"in tanınması beynəlxalq hüquqa ziddir

Rəsmi Bakı:
Yayınlanma tarixi: 12/29/2025 2:53:59 PM

Somalinin "Somalilənd" regionunun tanınması beynəlxalq hüquqa ziddir.

İslamazeri.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Somalidə son hadisələrə dair bəyanatında qeyd olunub.

Bildirilib ki, Azərbaycan Somalinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, birliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha bəyan edir:

"Somalinin "Somalilənd" regionunun tanınması beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə ziddir. Azərbaycan öz ərazisində, beynəlxalq hüquqa zidd olaraq, xarici hərbi işğal və separatizmlə bağlı ağrılı təcrübə yaşayıb. Azərbaycan bu prinsipləri və öz təcrübəsini rəhbər tutaraq bütün dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin qorunub saxlanmasına qəti şəkildə sadiq qalır və beynəlxalq ictimaiyyəti məsuliyyətlə və beynəlxalq hüquq normalarına tam uyğun hərəkət etməyə çağırır".

GÜNÜN MANŞETLERİ

Oman sultanı Müctəba Xameneini təbrik edib
DÜNYA / İSLAM DÜNYASI

Oman sultanı Müctəba Xameneini təbrik edib

3/9/2026 11:00:01 PM
Ayətullah Müctəba Xamenei kimdir?
REGİON / İRAN

Ayətullah Müctəba Xamenei kimdir?

3/9/2026 11:00:01 PM
Netanyahudan 3-4 gündür xəbər yoxdur
DÜNYA / MARAQLI

Netanyahudan 3-4 gündür xəbər yoxdur

3/9/2026 10:58:01 PM