Ərdoğandan Əsəd açıqlaması: "Siyasətdə küsülülük olmaz"

Ərdoğandan Əsəd açıqlaması:
Yayınlanma tarixi: 17.11.2022 17:00:17

"Siyasətdə əbədi olaraq küskünlük, qırğınlıq, inciklik yoxdur"

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədlə görüş ehtimalı ilə bağlı sualı cavablandırarkən bildirib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin iyununda keçiriləcək seçkilərdən sonra Suriya lideri Bəşər Əsədlə görüşə biləcəyinə işarə edib.

"Hazırda Türkiyə olaraq bu məsələlərdə çətinlik çəkdiyimiz ölkələrlə münasibətlərə yenidən baxa bilərik. Xüsusən də iyun seçkilərindən sonra biz hər şeyi yenidən edə bilərik", - Ərdoğan bildirib.

Məlumat üçün qeyd edək ki, Ərdoğan ötən ay Çexiyanın paytaxtı Praqada keçirdiyi mətbuat konfransında, bir jurnalistin "Suriya prezidenti ilə görüşünüz mümkündürmü?" sualına "Hələlik təbii ki, belə bir söhbət yoxdur. Amma mən mümkün deyil kimi ifadə işlətmirəm... Ona görə də yeri gələndə Suriya prezidenti ilə görüş yoluna gedə bilərik", - deyə cavab vermişdi.

GÜNÜN MANŞETLERİ