Әrdoğan helikopter qәzası nәticәsindә hәyatını itirәn İran prezidenti İbrahim Rәisi ilә әlaqәdar başsağlığı mesajı yayımlayıb.
İslamazeri.com xəbər verir ki, Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan helikopter qәzası nәticәsindә hәyatını itirәn İran prezidenti İbrahim Rәisi ilә әlaqәdar başsağlığı mesajı yayımlayıb.
‘‘Helikopter qәzası nәticәsindә hәyatını itirәn әziz hәmkarım İbrahim Rәisiyә Allahdan rәhmәt dilәyirәm. Qәza nәticәsindә hәyatını itirәn İran xarici işlәr naziri vә digәr şәxslәrә dә rәhmәt dilәyirәm. Başda İran İslam Respublikasının dini lideri Әli Xamenei olmaqla dost vә qardaş İran xalqına, hökumәtinә, cәnab İ.Rәisinin vә digәr mәrhumların ailәlәrinә dәrin hüznlә başsağlığı verirәm. Vәzifәdә olduğu müdddәtdә İran xalqının vә bölgәmizin hüzuru üçün göstәrdiyi sәylәrin şahidi olaraq cәnab İ.Rәisinin xatirәsini hörmәt vә ehtiramla yad edirәm. Türkiyә olaraq bu çәtin günlәrdә qonşumuz İranın yanında olacağıq’’.