Ərdoğan Türkmənistana səfər edəcək

Ərdoğan Türkmənistana səfər edəcək
Yayınlanma tarixi: 13.12.2022 10:30:38

Rəcəb Tayyib Ərdoğan dekabrın 13-14-də Türkiyə-Azərbaycan-Türkmənistan prezidentlərinin Birinci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfər edəcək.

İslamazeri.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun dəvəti ilə sabah prezident Ərdoğanın, eləcə də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Avazada Türkiyə-Azərbaycan-Türkmənistan prezidentlərinin Birinci Zirvə Toplantısı keçiriləcək.

Türkmənbaşıda keçiriləcək görüş çərçivəsində ölkələr arasında xüsusən ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində addımların müzakirəsi planlaşdırılır. Görüşün nəticəsi olaraq bir sıra sazişlərin imzalanacağı gözlənilir.

GÜNÜN MANŞETLERİ