Quru Qoşunlarında komandoların yarışı keçirilib

Quru Qoşunlarında komandoların yarışı keçirilib
Yayınlanma tarixi: 8.12.2022 17:08:24

Təsdiq olunmuş 2022-ci tədris ili üçün hazırlıq planına əsasən Quru Qoşunlarında “Ən yaxşı Əməliyyat (komando) bölüyü” adı uğrunda yarış keçirilib.

MN-dən "İslamazeri.com"a verilən məlumata görə, yarışda iştirak edən komandolardan ardıcıl olaraq sıra baxışı, fiziki hazırlıq, atəş hazırlığı və taktiki hazırlıq üzrə məqbullar qəbul edilib.
Hərbi qulluqçuların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən yarışın mərhələləri üzrə verilən tapşırıqlar komandolar tərəfindən müvəffəqiyyətlə icra edilib.

GÜNÜN MANŞETLERİ