QlobalTV yeniliklərlə fəaliyyətə başlayır - Emin Səmədov

QlobalTV yeniliklərlə fəaliyyətə başlayır - Emin Səmədov
Yayınlanma tarixi: 23.04.2022 16:15:54

Azərbaycanda fəaliyyət göstərən və illər öncə fəaliyyəti dondurulan QlobalTV yenidən fəaliyyətə başlayıb

Azərbaycanda fəaliyyət göstərən və illər öncə fəaliyyəti dondurulan QlobalTV yenidən fəaliyyətə başlayıb.

Bununla  İslamazeri.com QlobalTV-nin direktoru  Emin Səmədovdan münasibət alıb.

O qeyd edib ki, texniki işlər həll olub və 2023-cü ilin yanvar ayından etibarən tam fəaliyyətə başlayacaq.

"Biz yeniliklərlə fəaliyyətə başlayırıq. İzləyicilər istər TV-nin dekorları, istər sayt, istərsə də sosial media üzərindən bu yenilikləri görəcəklər", -deyə Emin Səmədov bildirib.

QlobalTV-nin youtube səhifəsinin xakerlər tərəfindən ələ keçirilməsini xatırladan Emin Səmədov "Youtube, instagram, facebook, tiktok və gələcəkdə aktual olan bütün sosial şəbəkələrdə fəaliyyət göstərəcəyik", -deyə əlavə edib.

GÜNÜN MANŞETLERİ