Qızılcaya yoluxmada kəskin artım müşahidə edilir

Qızılcaya yoluxmada kəskin artım müşahidə edilir
Yayınlanma tarixi: 28.02.2023 14:03:08

Bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Hazırda Avropa regionunda qızılca xəstəliyinə yoluxma hallarının sayında kəskin artım müşahidə edilir.

İslamazeri.com xəbər verir ki, bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Belə ki, 2021-ci ildə əgər 159 qızılcaya yoluxma halı qeydə alınmışdırsa, 2022-ci ildə bu say 904-ə çatıb.

ÜST-ün Azərbaycandakı nümayəndəliyi qızılca və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılmasını önləmək məqsədilə ölkələri uşaqlar da daxil olmaqla peyvənddən kənarda qalmış şəxslərin immunizasiya olunması üçün yerli tədbirləri gücləndirməyə çağırıb.

GÜNÜN MANŞETLERİ