Qəzzada xidmət edən İsrail əsgəri ABŞ-da intihar etdi.
İslamazeri.com xəbər verir ki, İsrailin Qəzzaya hücumlarında iştirak edən bir İsrail əsgərinin ABŞ-ın Mayami şəhərində intihar etdiyi bildirilir.
Haaretz qəzetinin məlumatına görə, 23 yaşlı Aleks Miller Qəzzadakı münaqişədən sonra ciddi psixoloji problemlər yaşamağa başlayıb.
Bildirilir ki, İsrail ordusunun Qəzzaya hücumları əsgərlər arasında ciddi travmaya səbəb olub və son zamanlar intihar hallarında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunub.