Qəzzaya edilən hücumlar səbəbindən milyonlarla insan aclıqla üz-üzədir

Qəzzaya edilən hücumlar səbəbindən milyonlarla insan aclıqla üz-üzədir
Yayınlanma tarixi: 9.01.2024 16:07:45

İsrailin insan hüquqları təşkilatı B'Tselem 7 oktyabrdan bəri Qəzza zolağına edilən hücumlar səbəbindən 2 milyon 200 min insanın aclıqla mübarizə apardığını və bu vəziyyətin Təl-Əviv rəhbərliyinin yürütdüyü siyasətin nəticəsi olduğunu bildirib.

İslamazeri.comxəbər verir ki, bu barədə təşkilatın internet səhifəsində edilən paylaşımda bildirilib.
"Qəzzada 2 milyon 200 min insan aclıqla mübarizə aparır. Bu, müharibənin yan təsiri deyil, İsrailin birbaşa yürütdüyü siyasətin nəticəsidir'',-deyə paylaşımda vurğulanıb.
Paylaşımda Qəzzada yaşayan fələstinlilərin tamamilə xaricdən gələn qidadan asılı olduqları qeyd edilib və Qəzza xalqının öz qidalarını istehsal edə bilmədiyi xatırladılıb.
Paylaşımda həmçinin Qəzzada əkin sahələrinin məhv edildiyi və açıq ərazilərə getməyin təhlükəli olduğu vurğulanıb.
Paylaşımda Qəzzada yemək dilənən uşaqların, yardım maşınlarının qarşısında kömək gözləyən insanların uzun növbələr yaratdığı qeyd olunub və qıtlıq təhlükəsinin həqiqət olduğu bildirilib.
İsrail qüvvələri tərəfindən törədilən qərliam səbəbindən yurd-yuvalarından didərgin düşən 1,9 milyon fələstinli sığınacaq, qida, təmiz su, dərman və səhiyyə xidmətləri olmadan həyatda qalmaq üçün mübarizə aparır.

 

GÜNÜN MANŞETLERİ