İsrailin Qəzza sektoruna qarşı hücumları 180 gündür ki, davam edir.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Qəzza sektorunun Səhiyyə Nazirliyi günahsız insanlar arasındakı itkilər barədə məlumat paylaşıb.
Belə ki, 2023-cü il 7 oktyabrdan bəri tam mühasirə altındakı Qəzzada İsrail tərəfindən 24 mindən çox fələstinli uşaq və qadın qətlə yetirilib.
Qeyd edilib ki, indiyədək İsrail ordusu tərəfindən Qəzzada 2 922 kütləvi qırğın törədilib.
Ümumilikdə isə, son 6 ay ərzində 9 560-ı qadın və 14 500-ü uşaq olmaqla, 32 975 qəzzalı öldürülüb, 75 577 nəfər isə yaralanıb.
Bundan başqa, 7 min Qəzza sakini də itkin düşmüş hesab edilir.
İsrailin tətbiq etdiyi hərtərəfli blokada isə aclıq və susuzluq kimi problemlərə səbəb olur. Artıq, rəsmi aparılan rəqəmlərə əsasən, 30 uşaq aclıqdan həyatını itirib.