Qaxda bir ailənin 5 üzvü kəklikotulu çaydan zəhərlənib

Qaxda bir ailənin 5 üzvü kəklikotulu çaydan zəhərlənib
Yayınlanma tarixi: 12/12/2022 1:39:08 PM

Qaxda bir ailənin 5 üzvü zəhərlənib.

“İslamazeri.com” xəbər verir ki, 1958-ci il təvəllüdlü Xanım Xəlilova, 1982-ci il təvəllüdlü Məhəmməd Xəlilov və Günay Mahmudova, eləcə də 2 azyaşlı qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət edib. Onların kəklikotu çayı içdikdən sonra vəziyyətlərinin pisləşdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xİdmətinin Şəki regional qrupundan faktı təsdiq ediblər: “5 nəfərin qidadan zəhərlənməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Faktla bağlı ilkin araşdırma aparıldıqdan sonra toplanmış materiallar rayon prokurorluğuna göndəriləcək”.

GÜNÜN MANŞETLERİ

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI

3/26/2026 3:28:44 PM
Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ

3/26/2026 3:10:01 PM
Ağdamda mina partlayıb, xəsarət alan var
ÖLKƏ / HADİSƏ

Ağdamda mina partlayıb, xəsarət alan var

3/26/2026 2:52:17 PM