Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Yayınlanma tarixi: 10/12/2022 4:52:20 PM

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri və Astara rayonu akvatoriyasında, Kür çayında və Aşıqbayramlı su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

İslamazeri.com xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Salyan rayon sakini Azər Məmmədov, Astara şəhər sakini Rəfail Ağayev, Neftçala rayon sakini Aləddin Vəliyev və İsmayıllı şəhər sakini Rahim Rəhimli olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

B.Məhəmmədov onu da qeyd edib ki, eyni zamanda, Şabran rayonu Kyünçal kəndi ərazisində ov qaydalarını pozduğuna görə rayon sakini Elgün Salamov saxlanılıb:

“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

GÜNÜN MANŞETLERİ

Beynol Hərəmeyn haqqında İnfoVideo
DİN / MÖVLUDLAR

Beynol Hərəmeyn haqqında İnfoVideo

1/23/2026 2:05:22 PM
İsrailin atəşkəsdən sonra da Qəzzaya hücumları davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin atəşkəsdən sonra da Qəzzaya hücumları davam edir

1/23/2026 1:25:45 PM