Məhəmməd Baqir Qalibaf millət vəkillərinin səs çoxluğu ilə yenidən İran İslam Şurası Məclisinin (parlament) sədri seçilib.
İslamazeri.com xəbər verir ki, İran İslam Şurası Məclisində (parlament) rəyasət heyətinə seçkilər keçirilib. Məhəmməd Baqir Qalibaf səs çoxluğu ilə növbəti dəfə parlamentin sədri seçilib.
Spiker postu uğrunda 3 namizəd mübarizə aparıb.
Səsvermədə iştirak edən deputatlardan 235-i Qalibafın lehinə səs verib.
Digər namizədlər Məhəmməd Təqi Nəqdəli 29, Osman Salari isə cəmi 7 səs toplaya bilib.
Qeyd edək ki, Məhəmməd Baqir Qalibaf artıq ardıcıl 7-ci ildir ki, İran parlamentinə rəhbərlik edir.
Daxili nizamnaməyə əsasən, parlamentin rəyasət heyəti 1 il müddətinə seçilir.