Qalibaf: Birtərəfli razılaşmalar dövrü bitdi.
İslamazeri.com xəbər verir ki, İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf birtərəfli razılaşmalar dövrünün bitdiyini bildirib və əlavə edib ki, öhdəlikləri yerinə yetirməməyin qarşılığında ödəniləcək bədəl var.
Qalibaf sosial media paylaşımında deyib:
"Birtərəfli razılaşmalar dövrü bitdi. Sizə dedik: Vədlərinizi və öhdəliklərinizi yerinə yetirin, əks halda bədəlini ödəyəcəksiniz. İndi reallıqla üzləşməlisiniz."
Qalibaf paylaşımında 14 maddəlik razılaşmanın beşinci bəndini də qeyd edib.