"Qadınların yaşaması üçün ən təhlükəsiz yer İslam ölkələridir"

Yayınlanma tarixi: 11/2/2021 4:06:15 PM

Bu haqda Corctaun Universitetinin müvafiq araşdırmasında qeyd olunub.

İslamazeri.com "Az.shafaqna.com"-a istinadən xəbər verir ki, BƏƏ qadınların şəxsi təhlükəsizliklərinin təminatı sahəsində dünya lideri seçilib.

Bu barədə Corctaun Universitetinin müvafiq araşdırmasında bildirilib.

Qeyd edilib ki, BƏƏ-dəki qadınlar özlərini dünyanın digər istənilən ölkəsindəkindən daha təhlükəsiz hiss edirlər.

İlk 10-luğa Tacikistan, Türkmənistan və Özbəkistan da daxil olub.

“Qadın, sülh və təhlükəsizlik” reytinqi artıq 3-cü ildir ki, tərtib edilir.

Builki sorğu zamanı BƏƏ-də yaşayan qadınların 98,5%-i deyib ki, gecə saatlarında öz yaşadıqları ərazidə gəzərkən özlərini təhlükəsizlikdə hiss edirlər.

Araşdırma 15 yaşdan yuxarı olan qızlar və qadınlar arasında keçirilib.

Araşdırmaçıla qeyd ediblər ki, təhlükəsizlik hissi qadınların həyatında həlledici əhəmiyyətə sahibdir.

Xatırladaq ki, “Global Finance” jurnalının 2021-ci il üçün hazırladığı ən təhlükəsiz ölkələr reytinqində BƏƏ 2-ci yeri tutub.

GÜNÜN MANŞETLERİ

Rubio: Tramp Ayətullah Xameneilə görüşə hazırdır
DÜNYA / SİYASƏT

Rubio: Tramp Ayətullah Xameneilə görüşə hazırdır

2/15/2026 12:00:01 AM
Reuters: ABŞ İranla müharibəyə hazırlaşır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Reuters: ABŞ İranla müharibəyə hazırlaşır

2/14/2026 11:08:01 PM