Putin və Paşinyan üçtərəfli razılaşmaların icrasını müzakirə edib

Putin və Paşinyan üçtərəfli razılaşmaların icrasını müzakirə edib
Yayınlanma tarixi: 12.12.2022 18:07:07

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan telefonla Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların icrasını müzakirə ediblər.

İslamazeri.com "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti xəbər verir.
"Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla telefon danışığı olub. Vladimir Putin və Nikol Paşinyan arasında dekabrın 9-da Bişkekdə Ali Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində baş tutan danışıqların davamı olaraq Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında fundamental razılaşmaların həyata keçirilməsi ilə bağlı müzakirələr davam etdirilib", - deyə məlumatda qeyd olunub.
Qeyd olunur ki, Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsinə, eləcə də Cənubi Qafqazda nəqliyyat-logistika, ticarət-iqtisadi əlaqələrin bərpasına dair layihələrə xüsusi diqqət yetirilir.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55