Prokurorluq Rəşad Dağlı ilə bağlı məlumat yayıb

Prokurorluq Rəşad Dağlı ilə bağlı məlumat yayıb
Yayınlanma tarixi: 11/9/2022 10:58:08 AM

Noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğundan "İslamazeri.com"a verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

GÜNÜN MANŞETLERİ

Şəban ayında ən üstün əməl
DİN

Şəban ayında ən üstün əməl

1/21/2026 9:20:01 AM
Ağsuda zəlzələ olub - AMEA
ÖLKƏ

Ağsuda zəlzələ olub - AMEA

1/21/2026 9:00:01 AM