Prezident Naxçıvanda 40 subartezian quyusunun qazılması üçün Sərəncam imzalayıb

Prezident Naxçıvanda 40 subartezian quyusunun qazılması üçün Sərəncam imzalayıb
Yayınlanma tarixi: 2/24/2026 3:28:29 PM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

İslamazeri.com xəbər verir ki, sənəddə qeyd olunub ki, Sərəncam "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı"na uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının bir sıra yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə imzalanıb.

Sərəncama əsasən, Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla bu Sərəncamın əlavəsində göstərilən əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsində 40 subartezian quyusunun layihə-smeta sənədlərinin hazırlanması, qazılması və əhalinin içməli su ilə təmin olunması üçün müvafiq tədbirlər görməlidir.

GÜNÜN MANŞETLERİ

Azərbaycana yay fəsli daxil olub
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycana yay fəsli daxil olub

6/21/2026 1:21:06 PM
Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib
REGİON / İRAN

Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib

6/21/2026 11:00:06 AM
İran nümayəndə heyəti İsveçrədədir
REGİON / İRAN

İran nümayəndə heyəti İsveçrədədir

6/21/2026 10:21:43 AM
İsrailin dinc əhaliyə qarşı qırğını davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin dinc əhaliyə qarşı qırğını davam edir

6/20/2026 12:30:11 PM