Polietilen torbaların ödənişli olması məsələsinə aydınlıq gətirilib

Polietilen torbaların ödənişli olması məsələsinə aydınlıq gətirilib
Yayınlanma tarixi: 2/10/2023 4:59:12 PM

Bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib.

“Biz düşünürük ki, polietilen torbaların ödənişli olması onlardan istifadəni azaldacaq”.

İslamazeri.com xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib.

Onun sözlərinə görə, bu məsələdə beynəlxalq təcrübədən yola çıxılıb.

Polietilen torbaların ödənişli olması 2021-ci il iyulun 1-dən nəzərdə tutulmuşdu:

“Polietilen torbaların ödənişli olması ilə bağlı qərar bir müddət bundan əvvəl verilib. Qərara əsasən, 2021-ci il iyul ayının 1-dən polietilen torbaların ödənişli olması nəzərdə tutulsa da, təəssüf ki, bu günə kimi müvafiq qurumlar tərəfindən bu qərara riayət edilmir. Lakin biz düşünürük ki, tez bir zamanda buna başlanılacaq. Amma bunun nə zaman başlaması ilə bağlı məsələ ETSN-nin səlahiyyətində deyil”.

GÜNÜN MANŞETLERİ

Azərbaycanda 11 günlük tətil başlayıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda 11 günlük tətil başlayıb

3/20/2026 10:35:06 AM
Azərbaycan neftinin qiyməti 123 dollara yaxınlaşıb
İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 123 dollara yaxınlaşıb

3/20/2026 10:10:01 AM
Ramazan ayının hilalı görünmədi
DİN

Ramazan ayının hilalı görünmədi

3/19/2026 11:47:35 PM