Pezeşkiyan və Tramp İslamabad sazişini rəqəmsal şəkildə imzalayıblar

Pezeşkiyan və Tramp İslamabad sazişini rəqəmsal şəkildə imzalayıblar
Yayınlanma tarixi: 6/18/2026 12:14:44 PM

ABŞ və İsrail rejimlərinin İrana qarşı apardığı müharibəyə son qoymağı hədəfləyən müqavilə cümə axşamı səhər tezdən İran və ABŞ prezidentləri tərəfindən imzalanıb.

İslamazeri.com xəbər verir ki, İran və ABŞ arasında müharibəyə son qoymağı hədəfləyən İslamabad Anlaşma Memorandumu İran Prezidenti Məsud Pezeşkiyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən rəqəmsal şəkildə imzalanıb.

İran Prezidenti Məsud Pezeşkiyan və ABŞ Prezidenti Donald Tramp memorandumu üzbəüz görüşmədən rəqəmsal şəkildə imzalayıblar.

Donald Tramp sənədi Fransanın Versal Sarayında Fransa Prezidenti Emmanuel Makronla birlikdə imzalayıb.

Pakistanın İslamabad prosesinə aparan diplomatik danışıqlarda vasitəçilik roluna görə, Pakistanın Baş naziri Şahbaz Şərifin də memorandumu imzalayacağı bildirilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, müqaviləni İsveçrədə şəxsən imzalamaq planından imtina edilib və rəqəmsal imza metodu tətbiq edilib.

Bəqayi bildirib ki, son 24 saat ərzində aparılan məsləhətləşmələrdən sonra müqavilənin fiziki görüşə ehtiyac olmadan iki ölkə prezidentləri tərəfindən imzalanması daha məqsədəuyğun hesab edilib.

Sözçü əlavə edib ki, bu qərarın səbəblərindən biri müqavilənin pozulması halında yarana biləcək siyasi xərcləri artırmaqdır.

GÜNÜN MANŞETLERİ

Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

6/18/2026 1:17:01 PM
İran Rusiyadan 21 ədəd helikopter alacaq
REGİON / İRAN

İran Rusiyadan 21 ədəd helikopter alacaq

6/18/2026 1:00:01 PM
Sabah ölkə üzrə pensiyalar ödəniləcək
ÖLKƏ / MÜXTƏLİF

Sabah ölkə üzrə pensiyalar ödəniləcək

6/18/2026 12:11:58 PM
Tramp: Hizbullahla İsrail yox, Suriya döyüşməlidir
DÜNYA / SİYASƏT

Tramp: Hizbullahla İsrail yox, Suriya döyüşməlidir

6/18/2026 11:49:29 AM