Pezeşkian və Ərdoğan arasında telefon danışığı

Pezeşkian və Ərdoğan arasında telefon danışığı
Yayınlanma tarixi: 1/30/2026 1:40:31 PM

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub

İslamazeri.com xəbər verir ki, danışıq zamanı bölgədəki son proseslər ətraflı şəkildə müzakirə olunub.

Görüşdə tərəflər regionda mövcud məsələlərin həlli üçün dialoq və qarşılıqlı əməkdaşlığa əsaslanan diplomatik yanaşmaların vacibliyini vurğulayıblar. Prezidentlər qarşılıqlı hörmət prinsiplərinə söykənən, zor və təhdiddən uzaq diplomatik həll yollarının üstün tutulmasının zəruriliyini qeyd ediblər.

Prezident Məsud Pezeşkian İranın beynəlxalq hüquq və normalara əsaslanan “ləyaqətli diplomatiya” siyasətinə sadiq qaldığını bildirərək, Tehranın yanaşmasının dialoq, qarşılıqlı hörmət, təhdid və gücdən imtina, eləcə də “win-win” prinsipinə (hər iki tərəfin qazandığı yanaşma) əsaslandığını vurğulayıb.

İran Prezidenti effektiv diplomatik və dialoqyönümlü proseslərin formalaşmasının qarşılıqlı etimad mühitinin yaradılmasından asılı olduğunu qeyd edərək, istənilən diplomatik təşəbbüsün uğur qazanması üçün tərəflərin xoş niyyət nümayiş etdirməsinin və bölgədə gərginliyi artıran, hərbi xarakterli addımlardan çəkinməsinin vacibliyini bildirib.

Telefon danışığı zamanı İran və Türkiyə prezidentləri eyni zamanda regional əməkdaşlığın əhəmiyyətini, bölgə ölkələrinin sabitliyin və davamlı təhlükəsizliyin qorunmasında konstruktiv rolunu, eləcə də gərginliyin azaldılması və böhranların dərinləşməsinin qarşısının alınması üçün dialoq mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

GÜNÜN MANŞETLERİ