Paşinyan Zəngəzura niyə başqa yolla getdi?

Paşinyan Zəngəzura niyə başqa yolla getdi?
Yayınlanma tarixi: 5.11.2021 17:46:22

Zəngəzura səfəri zamanı Paşinyanın Gorus-Qafan yolu ilə deyil, məhz hazırda təmir işləri aparılan Tatev yolu ilə getməsi ermənilər tərəfindən birmənalı qarşılanmayıb.

İslamazeri.com "Oxu.az"-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün Zəngəzur bölgəsində olub.

O, burada partiyasının Qafan şəhərinin meri olmağa namizədi David Danielyanın atasının dəfnində iştirak edib.

 

Ermənistan mətbuatı və sosial şəbəkənin erməni seqmentində Nikol Paşinyanın Zəngəzura səfəri birmənalı qarşılanmayıb. Bəziləri bu səfərin təbliğat xarakteri daşıdığını söyləyib. Ən maraqlı fikir isə Paşinyanın Qafana gələrkən istifadə etdiyi marşrutla bağlı olub.

Belə ki, erməni lider şəhərə Gorus-Qafan yolu ilə deyil, məhz hazırda təmir işləri aparılan Tatev yolu ilə gedib. Erməni mətbuatında və sosial şəbəkələrdə bir çoxları Paşinyanın bu seçimi azərbaycanlılardan qorxduğu üçün atdığını yazıblar. Çünki Gorus-Qafan yolunun bir hissəsi Azərbaycanın nəzarətindədir və erməni lider bu yoldan istifadə etməyə “risk etməyib”.

GÜNÜN MANŞETLERİ