Pakistanda terror: Çox sayda ölən və yaralanan var

Pakistanda terror: Çox sayda ölən və yaralanan var
Yayınlanma tarixi: 4/24/2026 12:18:35 PM

İlkin məlumatlara görə, Pakistanın Bəlucistan əyalətindəki mədən sahəsinə silahlı hücum nəticəsində biri Türkiyə vətəndaşı da daxil olmaqla doqquz nəfər həlak olub.

İslamazeri.com xəbər verir ki, Pakistanda mədən sahəsinə silahlı hücum nəticəsində biri Türkiyə vətəndaşı da daxil olmaqla ən azı doqquz nəfər həlak olub. Hadisəni törədənlər hələlik məlum deyil və genişmiqyaslı araşdırma başlanıb.

Dawn qəzetinin yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, silahlı hücum dünən axşam saatlarında Bəlucistanın Çaqay bölgəsindəki mədən sahəsində baş verib.

İlkin məlumatlara görə, hücum nəticəsində iki mühafizəçi də daxil olmaqla doqquz mədən işçisi həlak olub.

Lakin yerli hakimiyyət orqanları ölənlərin sayı ilə bağlı ziddiyyətli rəqəmlər paylaşıb. Onlar bildiriblər ki, biri Türkiyə vətəndaşı, altı işçi və üç mühafizəçi də daxil olmaqla ən azı 10 nəfər həlak olub.

Hücumu törədənlər barədə hələlik rəsmi açıqlama verilməyib. Təhlükəsizlik qüvvələri hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb.

GÜNÜN MANŞETLERİ