Pakistanda polis maşınına bombalı hücum təşkil edilib

Pakistanda polis maşınına bombalı hücum təşkil edilib
Yayınlanma tarixi: 9.01.2024 14:01:48

Pakistan Milli mətbuatda yer alan xəbərə görə, Pakistanın Hayber Paxtunxva əyalətinin Bajaur bölgəsində iflic xəstəliyinə qarşı peyvənd edən tibb işçilərini qoruyan polis maşınına bombalı hücum təşkil edilib.

İslamazeri.com xəbər verir ki, hücum nəticəsində 6 polis məmuru həyatını itirib, 23 polis əməkdaşı yaralanıb.

Xayber-Paxtunxvada fəal olan Pakistan Talibanı (TTP) hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb.

TTP yaraqlıları poliomielit peyvəndi qruplarını və onları qoruyan polisi hədəf alan hücumlar həyata keçirir.

TTP iddia edir ki, bu peyvənd “Qərb ölkələrinin uşaqları sterilizasiya etmək üçün istifadə etdiyi bir sui-qəsddir”.

GÜNÜN MANŞETLERİ