Pakistanda ölümə məhkum prezident dünyasını dəyişdi

Pakistanda ölümə məhkum prezident dünyasını dəyişdi
Yayınlanma tarixi: 6.02.2023 11:39:08

Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf müalicə aldığı Birləşmiş Ərəb Əmirlikləri-Amerika Xəstəxanasında dünyasını dəyişib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf müalicə aldığı Birləşmiş Ərəb Əmirlikləri-Amerika Xəstəxanasında dünyasını dəyişib.

2016-cı ildən müalicə üçün getdiyi Dubayda yaşayan 79 yaşlı P.Müşərrəf ürək və qaraciyər çatışmazlığına səbəb olan amiloidoz xəstəliyi ilə mübarizə aparırdı.

Xatırladaq ki, Pərviz Müşərrəf 1999-cu ildə Pakistanın Baş Qərargah rəisi idi. 2001-ci ildə hakimiyyətə gələrək prezident oldu. 2007-ci ildə mandatının uzadılması tələbinə qarşı olan konstitusiyanı dəyişdi və ölkədə fövqəladə vəziyyət elan etdi. Bir il sonra vəzifədən çıxarılması üçün parlamentə təqdim edilən qanun layihəsinə əsasən istefa verdi. 2013-cü ildə konstitusiyanı pozmaqda və dövlətə xəyanətdə ittiham olundu. Həmin tarixdən etibarən dəfələrlə açılan və təxirə salınan məhkəmə prosesi 2019-cu il dekabrın 17-də yekunlaşdı və Pərviz Müşərrəf ölüm cəzasına məhkum edildi. O, 16 dekabr 2020-ci ildə ölüm hökmünə qarşı Beynəlxalq Konstitusiya Məhkəməsinə yazmışdı.

GÜNÜN MANŞETLERİ