Hücum Xeybər-Paxtunxva əyalətinin Svat bölgəsində törədilib.
Pakistanın şimal-qərbində terror aktı törədilib.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, hücum Xeybər-Paxtunxva əyalətinin Svat bölgəsində törədilib.
Terrorçuların hədəfi Pakistan Terrorçuluqla Mübarizə İdarəsinin əməkdaşları olub.
Nəticədə 8 polis əməkdaşı həyatını itirib, daha 57 nəfər isə yaralanıb.
İki partlayış törədilib, blokpost tikilisi tamamilə dağılıb.
Hadisə yerində xilasedicilər işləyirlər.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, terror aktı kamikadze tərəfindən törədilib.