Pakistan və Əfqanıstan arasında gərginlik artır: AÇIQ MÜHARİBƏ ELANI

Pakistan və Əfqanıstan arasında gərginlik artır: AÇIQ MÜHARİBƏ ELANI
Yayınlanma tarixi: 2/27/2026 2:46:48 PM

Pakistan bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabilə, eləcə də Qəndəhar və Paktiya əyalətlərinə hava hücumları təşkil edib.

İslamazeri.com xəbər verir ki, yerli vaxtla saat 01:50 radələrində Kabildə ən azı üç böyük partlayış səsi eşidilib və Əfqanıstanın zenit qüvvələri hücuma cavab verib.

Pakistanın müdafiə naziri Xavaca Asif sosial mediada səbrlərinin tükəndiyini bildirib və əlavə edib: "Artıq aramızda açıq müharibə gedir".

Pakistan ordusu "Qazab Lil Hak" (Doğru Qəzəb) kod adlı əməliyyatda 130-dan çox Taliban döyüşçüsünün öldürüldüyünü və çoxsaylı hərbi mövqelərin və sursat anbarlarının məhv edildiyini iddia etdi.

Pakistanın informasiya naziri Attaullah Tarar Kabildəki briqada qərargahının da hədəfə alındığını açıqladı.

Bu arada, Əfqanıstan Müdafiə Nazirliyi cümə axşamı gecəsi sərhəd boyunca həyata keçirilən hücumlarda 55 Pakistan əsgərinin öldürüldüyünü və bəzilərinin əsir götürüldüyünü iddia etdi.

Pakistan əsirlərin iddialarını təkzib edərək, itkilərinin iki əsgərlə məhdudlaşdığını bildirdi.

GÜNÜN MANŞETLERİ

İmam Əli (ə) Ziyarətgahında iftar  - FOTOLAR
DÜNYA / İSLAM DÜNYASI

İmam Əli (ə) Ziyarətgahında iftar - FOTOLAR

2/27/2026 11:40:31 PM
Maliki Barrakla görüşdü
DÜNYA / İSLAM DÜNYASI

Maliki Barrakla görüşdü

2/27/2026 8:00:01 PM
Şamaxıda 4.7 və 3.3 maqnitudalı zəlzələlər olub
ÖLKƏ / HADİSƏ

Şamaxıda 4.7 və 3.3 maqnitudalı zəlzələlər olub

2/27/2026 4:50:36 PM
Pakistan və Əfqanıstan arasında gərginlik artır: AÇIQ MÜHARİBƏ ELANI
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Pakistan və Əfqanıstan arasında gərginlik artır: AÇIQ MÜHARİBƏ ELANI

2/27/2026 2:46:48 PM
Xocavənd şəhərində 792 ev təmir ediləcək
ÖLKƏ / MÜXTƏLİF

Xocavənd şəhərində 792 ev təmir ediləcək

2/27/2026 1:33:51 PM