Pakistan qaranlığa qərq oldu

Pakistan qaranlığa qərq oldu
Yayınlanma tarixi: 1/23/2023 10:16:04 AM

Pakistanda paytaxt İslamabadda daxil olmaq üzrə ölkə ərazisində elektrik enerjisi kəsilib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Pakistan mətbuatının məlumatına görə, ölkənin əsas şəhərləri, o cümlədən paytaxt İslamabad və Kəraçi elektrik enerjisinin kəsilməsi səbəbindən qaranlığa qərq olub.

Energetika Nazirliyindən verilən açıqlamada veriliş sistemində yaranan nasazlıq səbəbindən elektrik enerjisinin verilə bilmədiyi bildirilib.

Açıqlamada problemin aradan qaldırılması üçün işlərə başlanıldığı vurğulanıb.

Bildirilib ki, Lahor, Pişəvər və Ketta şəhərləri də elektrik enerjisinin kəsilməsindən zərər çəkib.

GÜNÜN MANŞETLERİ

Sabah yağış yağacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah yağış yağacaq - PROQNOZ

3/21/2026 2:19:04 PM
Əraqçidən atəşkəslə bağlı AÇIQLAMA
REGİON / İRAN

Əraqçidən atəşkəslə bağlı AÇIQLAMA

3/21/2026 1:10:59 PM