Pakistan ordusuna aid hərbi bazaya hücum edilib

Pakistan ordusuna aid hərbi bazaya hücum edilib
Yayınlanma tarixi: 13.07.2023 11:32:39

Pakistanın nəzarətində olan Bəlucistanın Zhob bölgəsində ordu qüvvələrinə aid hərbi bazaya hücum təşkil edilib.

İslamazeri.com xəbər verir ki, Pakistan ordusunun bəyanatında deyilir ki, qarşıdurma silahlı qruplaşmanın Zhob bölgəsindəki hərbi obyektə sızmağa cəhd etməsindən sonra baş verib.

Açıqlamaya görə, silahlı qrup çərşənbə günü səhər saatlarında silah, qumbaraatan və reaktiv yaylım atəşi sistemləri ilə hərbi bazaya hücum edib.

Yerli mənbələr hücumlarda 9 Pakistan əsgərinin həlak olduğunu, 15 əsgərin isə yaralandığını bildirib.

Toqquşmalarda hücumu həyata keçirən qruplaşmadan 5 nəfərin öldürüldüyü də bildirilib.

Hücuma görə məsuliyyəti “Təhrik-i Cihad Pakistan” qruplaşması öz üzərinə götürüb.

 

GÜNÜN MANŞETLERİ