Oxçuçayda çirkənlənmə səviyyəsi artıb

Oxçuçayda çirkənlənmə səviyyəsi artıb
Yayınlanma tarixi: 8.12.2022 15:31:29

Oxçuçayın suyunun çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə ötən həftə aparılmış monitorinqlər zamanı suyun rəngində ciddi dəyişikliklər və kəskin qoxu müşahidə olunub.

İslamazeri.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclasında bildirilib.

Qeyd edilib ki, çayın Ermənistanla sərhədinə yaxın monitorinq nöqtəsindən götürülmüş su nümunələrinin təhlilindən məlum olub ki, suyun tərkibində dəmir, manqan, molibden, ammonium və sulfatların qatılığı daha da artıb. Transsərhəd çaylarda, o cümlədən Zəngilan rayonu Şayıflı kəndində Oxçuçayda quraşdırılmış yeni nəsil avtomat hidroloji stansiyalardan ötürülən məlumatların təhlili də çirklənmənin artdığını təsdiq edib.

Oxçuçayın ağır metallarla çirklənməsi il boyu müşahidə olunur. Son monitorinq zamanı çayın rənginin və qoxusunun dəyişməsinə səbəb Oxçuçayda ammonium və sulfat ionlarının miqdarının kəskin artması idi. Belə ki, Oxçuçayda ammoniumun miqdarı 4-5 dəfə, sulfatın miqdarı bir neçə dəfə normadan yüksək müşahidə edilib. Bu da həmin kimyəvi maddələrdən dağ-mədən sənayesində geniş istifadə olunması ilə əlaqədardır.

GÜNÜN MANŞETLERİ

Tarif Şurasına yeni səlahiyyət verilib
ÖLKƏ / SİYASƏT

Tarif Şurasına yeni səlahiyyət verilib

8.02.2023 13:42:16
Suriyada matəm elan edilib
DÜNYA / İSLAM DÜNYASI

Suriyada matəm elan edilib

8.02.2023 12:45:55
Türkiyədə zəlzələ qurbanlarının sayı 7 mini keçdi
REGİON / TÜRKİYƏ

Türkiyədə zəlzələ qurbanlarının sayı 7 mini keçdi

8.02.2023 11:31:51
Ayətullah Sistanidən Türkiyə və Suriyaya başsağlığı mesajı
DÜNYA / İSLAM DÜNYASI

Ayətullah Sistanidən Türkiyə və Suriyaya başsağlığı mesajı

8.02.2023 11:07:38