Ötən sutka 24 yanğına çıxış olub, 10 nəfər xilas edilib

Ötən sutka 24 yanğına çıxış olub, 10 nəfər xilas edilib
Yayınlanma tarixi: 8.02.2023 12:23:06

Bu barədə FHN-dən məlumat verilib.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən "İslamazeri.com"a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində ölkə ərazisində 24 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 6-sı azyaşlı olmaqla 10 nəfər, o cümlədən İsmayıllı şəhərində "ВАЗ" və "Opel" markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.

GÜNÜN MANŞETLERİ

Sabahın hava proqnozu
ÖLKƏ

Sabahın hava proqnozu

20.03.2023 12:45:24
Novruz bayramı haqqında hədislər
DİN

Novruz bayramı haqqında hədislər

20.03.2023 12:38:19
Ceyhun Bayramov Brüsselə gedib
ÖLKƏ / SİYASƏT

Ceyhun Bayramov Brüsselə gedib

20.03.2023 10:27:32