Ötən il Azərbaycanda 56 aptekdə reseptsiz dərman satışı aşkarlanıb.
İslamazeri.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, həmin apteklərdə reseptlə satılmalı olan dərman vasitlərinin reseptsiz satışına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib edilib.