Ötən həftə 1,7 min hektara yaxın ərazi minalardan təmizlənib

Ötən həftə 1,7 min hektara yaxın ərazi minalardan təmizlənib
Yayınlanma tarixi: 6/29/2026 11:34:26 AM

Ötən həftə 1,7 min hektara yaxın ərazi minalardan təmizlənib.

Azad olunan ərazilərdə iyunun 22-dən 28-dək 37 tank əleyhinə mina, 36 piyada əleyhinə mina, 329 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

İsamazeri.com xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1696,11 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

GÜNÜN MANŞETLERİ

Pakistan-Əfqanıstan sərhədində gərginlik artır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Pakistan-Əfqanıstan sərhədində gərginlik artır

6/29/2026 12:16:20 PM
Müaviyəni biabır edən imanlı qoca
DİN

Müaviyəni biabır edən imanlı qoca

6/29/2026 11:47:01 AM
Haaretz: İsrailin Livandan geri çəkilmək planı yoxdur
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Haaretz: İsrailin Livandan geri çəkilmək planı yoxdur

6/29/2026 11:37:10 AM