Ötən həftə 1 421, 8 hektar ərazi minalardan təmizlənib.
Azad olunan ərazilərdə iyulun 6-dan 12-nə qədər 60 tank əleyhinə mina, 54 piyada əleyhinə mina, 237 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
İslamazeri.com xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1 421, 8 hektar ərazi minalardan təmizlənib.