Ordubadda daş dövrünə məxsus əmək alətləri tapılıb

Ordubadda daş dövrünə məxsus əmək alətləri tapılıb
Yayınlanma tarixi: 24.10.2022 16:59:17

Ordubad rayonu ərazisində, Gilançayın sol sahilində II və III Plovdağ ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində Son tunc dövrü abidəsindən daş dövrünə məxsus əmək alətləri aşkar olunub.

İslamazeri.com xəbər verir ki, bu barədə AMEA-nın Naxçıvan Bölməsində 2022-ci ildə Ordubad rayonu ərazisində aparılan arxeoloji ekspesiyanın nəticələri barədə hesabat iclasında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, dosent Bəhlul İbrahimli məlumat verib.

O bildirib ki, sözügedən abidələrin daha qədim dövrlərə aidliyi artıq təsdiq olunub.

III Plovdağ nekropolunda yerinə yetirilən qazıntılar zamanı kult təyinatlı tikilidə astral kultla bağlı 2 müxtəlif abidənin aşkar olunaraq tədqiqata cəlb olunduğunu diqqətə çatdıran Bəhlul İbrahimli abidələrin strukturu, burada aşkar olunan kurqan tipli qəbirlər, dəfn adətlərinin icra xüsusiyyətinə əsasən gəlinən nəticəni iclas iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd olunub ki, qəbirlərdə bir neçə insan skeletinin olması burada çoxdəfnli dəfn adətinin mövcudluğunu təsdiq edir. Alim qəbirlərdən tapılan saxsı qablar, bəzək əşyaları və muncuqların səciyyəvi xüsusiyyətləri barədə məlumat verib.

II Plovdağ yaşayış yerində ötən il aşkar olunan qurbangahda daha əhatəli tədqiqat aparıldığını deyən alim axirətə inamla bağlı qədim insanların inanc sistemində kök salmış bəzi təsəvvürlər haqqında məlumat verib. Buradakı dəfn adətlərinin başqa bölgələrdə icra olunan adətlərlə oxşar və fərqli xüsusiyyətlərini qeyd edib. Vurğulanıb ki, Ordubad rayonu ərazisindəki arxeoloji abidələrin sayca çoxluğuna, tarix elmi üçün əhəmiyyətinə və ərazinin mövqeyinə əsasən demək olar ki, ərazi arxeopark yaratma imkanına malikdir.

Sonra AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, dosent Bəhlul İbrahimli cari ildə aparılan arxeoloji ekspedisiyanın yekunları ilə bağlı məruzə edib. Alim bildirib ki, arxeoloji qazıntılar Ordubad rayonu ərazisində, Gilançayın sol sahilində II və III Plovdağ ərazisində aparılıb. Son tunc dövrü abidəsindən daş dövrünə məxsus əmək alətlərinin də aşkar olunduğu diqqətə çatdıran alim bildirib ki, sözügedən abidələrin daha qədim dövrlərə aidliyi artıq təsdiq olunub.

III Plovdağ nekropolunda yerinə yetirilən qazıntılar zamanı kult təyinatlı tikilidə astral kultla bağlı 2 müxtəlif abidənin aşkar olunaraq tədqiqata cəlb olunduğunu diqqətə çatdıran B.İbrahimli abidələrin strukturu, burada aşkar olunan kurqan tipli qəbirlər, dəfn adətlərinin icra xüsusiyyətinə əsasən gəlinən nəticəni iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, qəbirlərdə bir neçə insan skeletinin olması burada çoxdəfnli dəfn adətinin mövcudluğunu təsdiq edir. Alim qəbirlərdən tapılan saxsı qablar, bəzək əşyaları və muncuqların səciyyəvi xüsusiyyətləri barədə məlumat verib.

II Plovdağ yaşayış yerində ötən il aşkar olunan qurbangahda daha əhatəli tədqiqat aparıldığını deyən alim axirətə inamla bağlı qədim insanların inanc sistemində kök salmış bəzi təsəvvürlər haqqında məlumat verib. Buradakı dəfn adətlərinin başqa bölgələrdə icra olunan adətlərlə oxşar və fərqli xüsusiyyətlərini qeyd edib. Vurğulanıb ki, Ordubad rayonu ərazisindəki arxeoloji abidələrin sayca çoxluğuna, tarix elmi üçün əhəmiyyətinə və ərazinin mövqeyinə əsasən demək olar ki, ərazi arxeopark yaratma imkanına malikdir.

GÜNÜN MANŞETLERİ

Ailədə gözəl əxlaq
DİN

Ailədə gözəl əxlaq

3.02.2023 18:03:51
Son sutkadakı yoluxma sayı açıqlanıb
ÖLKƏ / SƏHİYYƏ

Son sutkadakı yoluxma sayı açıqlanıb

3.02.2023 17:47:06
Kərbəladan gözəl görüntülər - FOTO
DÜNYA / İSLAM DÜNYASI

Kərbəladan gözəl görüntülər - FOTO

3.02.2023 16:05:58
Tarif Şurasının səlahiyyətləri artırılıb
ÖLKƏ / SİYASƏT

Tarif Şurasının səlahiyyətləri artırılıb

3.02.2023 14:28:43