Nücəbə Hərəkatı: ABŞ-ın İraq nefti üzərindəki dominantlığına son qoyulmalıdır

Nücəbə Hərəkatı: ABŞ-ın İraq nefti üzərindəki dominantlığına son qoyulmalıdır
Yayınlanma tarixi: 8/10/2026 4:30:01 PM

Nücəbə Hərəkatı: ABŞ-ın İraq nefti üzərindəki dominantlığına son qoyulmalıdır.

İslamazeri.com xəbər verir ki, Nücəba Hərəkatının baş katibi Əkrəm Kəabi ABŞ-ın İraqın neft gəlirləri üzərində nəzarətinə son qoyulmalı olduğunu bildirib.

Kəabi İraq neft satışından əldə edilən gəlirin birbaşa ABŞ tərəfindən alındığına diqqət çəkdi və Vaşinqton administrasiyası ilə hər hansı bir fikir ayrılığının İraq büdcəsinə ödənilməsində çətinlik yarada biləcəyi barədə xəbərdarlıq edib.

Kəabi ölkənin öz gəlirləri ilə bağlı vəziyyətini "qəribə bir taleyin dönüşümü" adlandırıb.

ABŞ Dövlət Katibinin "İraqa investisiyaların ABŞ-ın milli təhlükəsizliyinin bir hissəsi hesab edildiyi" açıqlamasına toxunan Kəabi, bu açıqlamanın Vaşinqtonun İraqdakı layihəsinin mahiyyətini ortaya qoyduğunu söyləyib.

Kəabi, ABŞ-ın investisiya adı altında həyata keçirdiyi fəaliyyətlərin mərkəzində İraqın sərvətlərini oğurlamaq və talan etmək niyyətinin dayandığını bildirib.

Nücəba Hərəkatının lideri, İraq xalqının dolanışığının və ölkənin sərvətlərinin heç bir bəhanə ilə ələ keçirilməsinə icazə verməyəcəklərini vurğuladı və bu vəziyyət qarşısında səssiz qalmayacaqlarını bildirib.

GÜNÜN MANŞETLERİ

Ötən həftə 1581 hektar ərazi minalardan təmizlənib
ÖLKƏ / HƏRBİ

Ötən həftə 1581 hektar ərazi minalardan təmizlənib

8/10/2026 1:18:23 PM
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4335-ə çatıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4335-ə çatıb

8/10/2026 12:52:16 PM
Sabah yağış yağacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah yağış yağacaq

8/10/2026 12:15:23 PM