Ənsarullah İsrailə raket hücumu edib.
İslamazeri.com xəbər verir ki, ABŞ və İsrail İrana qarşı hücumlarını davam etdirərkən, Yəmənin Ənsarullah Hərəkatı sionist İsrailə qarşı daha bir cavab zərbəsi endirib.
İsrail Müdafiə Qüvvələrinin (SİH) açıqlamasında Ənsarullahın cənubi İsraili hədəf alan raket hücumu səbəbindən Beer-Şeva da daxil olmaqla bir çox ərazidə sirenlərin səsləndirildiyi qeyd edilib.
Yəmən Ənsarullah Hərəkatı rəsmi olaraq 28 martda İsrailə raket hücumu edərək İranla birlikdə müharibəyə qoşulub. 28 martdan bəri Ənsarullah İsraili ballistik raketlər və pilotsuz təyyarələrlə hədəfə alıb.