Yəmənin Ənsarullah Hərəkatının lideri Şəhid əs-Səmədin öldürülməsinin Amerikanın təxribatı ilə baş verdiyini bildirərək, Vaşinqtonun Yəmənə hücumda nəzarətçi rolu olduğunu, Səudiyyə Ərəbistanı və BƏƏ-nin də icraçı rol oynadığını bildirib.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Yəmənin Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi cümə axşamı günü Yəmənin Ali Siyasi Şurasının mərhum rəhbəri Saleh əs-Səmədin şəhadətinin ildönümü ilə bağlı çıxış edərək, onu fədakarlıq nümunəsi kimi xarakterizə edib.
Əbdülməlik Husi deyib: “Şəhid əs-Səməd prezident vəzifəsində olmasına baxmayaraq, əsgər ruhuna sahib idi. Vəzifəsindən şəxsi maraqları üçün istifadə etmədi, özünü millətinə xidmət edəcək vəziyyətdə gördü.
Özlərini milli rəmz kimi təqdim edən, sonra isə xəyanəti üzə çıxan, millətindən əl çəkənlər düşmən və böyük təhlükə ilə üz-üzədirlər. Şəhid əs-Səməd işğalçı Səudiyyə-BƏƏ koalisiyasına qarşı döyüşdə iştirak etmişdi.