Netanyahu Livana qarşı hücumların davam edəcəyini açıqladı.
İslamazeri.com xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin Livandakı hücumlarını gücləndirəcəyini açıqlayıb.
Video mesajında Netanyahu bildirib:
"Livanda qaz pedalından ayağımızı çəkmirik. Düzdür, onlar bizi dronlarla hədəf alırlar. Bunun üzərində işləyən xüsusi komandamız var və biz bunu həll edəcəyik. Bu, bizdən zərbələrimizin intensivliyini və gücünü artırmağımızı tələb edir."
Dünən İsraildə keçirilən təhlükəsizlik kabinetinin iclasında Hizbullahın dron hücumlarının da müzakirə edildiyi bildirilib. Maliyyə naziri Bezalel Smotrich-in hər Hizbullahın dron hücumu üçün Dahiyedə 10 binanın sökülməsini istədiyi bildirilib. Mətbuatda həmçinin Baş Qərargah rəisi Eyal Zamirin Smotrichin təklifini dəstəklədiyi qeyd edilib.