Netanyahu Baş nazirlikdən uzaqlaşdırıla bilər

Netanyahu Baş nazirlikdən uzaqlaşdırıla bilər
Yayınlanma tarixi: 14.07.2023 10:54:58

Sionist Rejim Məhkəməsi Netanyahunun Baş nazirlikdən uzaqlaşdırılmasına baxacaq.

Sionist rejimin mətbuatında yer alan xəbərə görə, Ali Məhkəmə Netanyahunun baş nazirlikdən uzaqlaşdırılması tələbi ilə verilən ərizəni maraqların toqquşması razılaşmasının pozulmasını əsas gətirərək dəyərləndirmək üçün iclas keçirəcəyini elan edib.

İslamazeri.com xəbər verir ki, qərara alınıb ki, təqdim edilmiş vəsatət yaxın vaxtlarda məhkəmə kollegiyası tərəfindən araşdırılsın. Nümayəndə heyətinin nə vaxt görüşəcəyi məlum deyil.

Hökumətin mübahisəli məhkəmə tənzimləməsinə qarşı çıxan keçmiş Baş Qərargah rəisi Dan Halutz da daxil olmaqla “Demokratik Xəndək” adlı bir qrup fəalın təqdim etdiyi ərizədə, Netanyahunun Ali Məhkəmə ilə "maraqların toqquşması müqaviləsini" pozduğu iddia edilir.

GÜNÜN MANŞETLERİ