Nazir: Ermənistanla danışıqlara hazırıq

Nazir: Ermənistanla danışıqlara hazırıq
Yayınlanma tarixi: 20.01.2023 10:18:51

"Onlar anlamalıdır ki, sülh prosesinin irəliləməsi Azərbaycan üçün nə qədər lazımdırsa, Ermənistan üçün də bundan az əhəmiyyətli olmamalıdır".

“Azərbaycan tərəfi danışıqlara sadiq olduğunu bəyan edib. Ən qısa zamanda istənilən növbəti görüşün keçirilməsi və sülh müqaviləsi üzrə növbəti danışıqları davam etməyə hazır olduğumuzu bildirmişik”.

İslamazeri.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, məsələ qarşı tərəfin üzərindədir: “Onlar anlamalıdır ki, sülh prosesinin irəliləməsi Azərbaycan üçün nə qədər lazımdırsa, Ermənistan üçün də bundan az əhəmiyyətli olmamalıdır. Ermənistan bunu başa düşmürsə, bu onların çox səhv siyasətinin nümayişidir”.

GÜNÜN MANŞETLERİ