Narkotikin təsiri altında avtobus sürən şəxs saxlanılıb

Narkotikin təsiri altında avtobus sürən şəxs saxlanılıb
Yayınlanma tarixi: 12/8/2022 5:39:07 PM

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtobus idarə edən Həzrətquliyev Kənan Aftandil oğlunun qanunazidd əməllərinin qarşısı alınıb.

DİN-in mətbuat xidmətindən "İslamazeri.com"a verilən xəbərə görə, “İSUZU” markalı, 90-TV-781 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Kənan Həzrətquliyev Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və müayinə zamanı K.Həzrətquliyev narkotik maddə qəbul etməsi müəyyən edilib.
K.Həzrətquliyev barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

GÜNÜN MANŞETLERİ

İsraildə yaralananların sayı 5772 nəfərə çatıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsraildə yaralananların sayı 5772 nəfərə çatıb

3/27/2026 2:20:01 PM
Lapid: İsrail tarixi bir fəlakətin astanasındadır
DÜNYA / MARAQLI

Lapid: İsrail tarixi bir fəlakətin astanasındadır

3/27/2026 1:30:01 PM
İran Suriyadakı hərbi hədəflərini açıqladı: Prezident sarayı və...
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran Suriyadakı hərbi hədəflərini açıqladı: Prezident sarayı və...

3/27/2026 12:40:01 PM
CNN: ABŞ-nin İranda uğur qazanacağı şübhəlidir
DÜNYA / MARAQLI

CNN: ABŞ-nin İranda uğur qazanacağı şübhəlidir

3/27/2026 12:18:29 PM