Müharibədən sonra 3900 nəfərin əlillik dərəcəsi müəyyən edilib

Müharibədən sonra 3900 nəfərin əlillik dərəcəsi müəyyən edilib
Yayınlanma tarixi: 18.05.2023 11:36:00

Müharibədən sonra 3900 nəfərin əlillik dərəcəsi müəyyən edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibədən sonra 124 min şəxsə, şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçılarına ümumilikdə 285 min müxtəlif sosial xidmət göstərilib.

İslamazeri.com xəbər verir ki, bunu “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsinin aralıq nəticələrinə dair təqdimat mərasimində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov deyib.

O bildirib ki, həmin şəxslərdən 4 min 600 nəfər fərdi evlərlə təmin olunub:

"3900 nəfərin əlillik dərəcəsi müəyyən edilib. 1900 nəfər müxtəlif növ reabilitasiya vasitələri ilə təmin olunub. 416 nəfər isə 433 protezlə təmin olunub. Agentliyin tabeliyində olan 14 reabilitasiya mərkəzi vasitəsilə 2803 müharibə iştirakçısına psixoloji yardım göstərilib".

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55