Mübariz İbrahimovun doğum günüdür - VİDEO

Mübariz İbrahimovun doğum günüdür - VİDEO
Yayınlanma tarixi: 2/7/2026 11:00:01 AM

Mübariz İbrahimovun doğum günüdür.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

İslamazeri.com xatırladır ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

O, 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orta təhsilini başa vurub.

2005-ci ildə həqiqi hərbi xidmətə çağırılan M.İbrahimov hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. M.İbrahimov həqiqi hərbi xidmətini 2007-ci ildə başa vurub.

O, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə təyinatı cəbhə bölgəsindəki hərbi hissələrdən birinə edilib.

M.İbrahimov 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 təkbaşına Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək bir neçə saat onlarla təkbətək döyüşüb, düşməni ağır itkilərə məruz qoyub. M.İbrahimov səhər saatlarında döyüşdə qəhrəmancasına şəhid olub.

Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev Milli Ordunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb.

Allah rəhmət eləsin!

VİDEOYA KEÇİD

GÜNÜN MANŞETLERİ

Əhlibeyt Qrupunun yeni ilahi mahnısı - Video
MƏDƏNİYYƏT

Əhlibeyt Qrupunun yeni ilahi mahnısı - Video

2/7/2026 2:27:06 PM
Nüdbə duası
DİN

Nüdbə duası

2/7/2026 1:14:04 PM
İsrail Qəzzada daha bir binanı tamamilə dağıtdı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzada daha bir binanı tamamilə dağıtdı

2/7/2026 12:35:57 PM
Allahşükür Paşazadə sabah Vatikana gedir
ÖLKƏ / MÜXTƏLİF

Allahşükür Paşazadə sabah Vatikana gedir

2/7/2026 11:55:16 AM