MİT İŞİD-ə qarşı əməliyyat keçirdi - Suriyada...

MİT İŞİD-ə qarşı əməliyyat keçirdi - Suriyada...
Yayınlanma tarixi: 11.08.2023 11:10:40

Əməliyyatlar zamanı çox sayda partlayıcı maddə və silah-sursat da ələ keçirilib.

İslamazeri.com xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyanın şimalında həyata keçirdiyi əməliyyat nəticəsində terrora hazırlaşan 3 İŞİD terrorçusu saxlanılıb.
Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, Milli Kəşfiyyat Təşkilatı və Suriya Milli Ordusunun (SMO) apardığı birgə işlər çərçivəsində Suriyada terror təşkilatı İŞİD-in sıralarında fəaliyyət göstərən terrorçular müəyyən edilib.
Əməliyyatlar zamanı çox sayda partlayıcı maddə və silah-sursat da ələ keçirilib.
Milli Kəşfiyyat Təşkilatının Suriya və digər bölgələrdəki terror qruplaşmalarına qarşı mübarizəsini qətiyyətlə davam etdirdiyi, Türkiyənin İŞİD, Əl-Qaidə və PKK kimi terror təşkilatları arasında heç bir fərq qoymadan terrorla mübarizə əməliyyatlarını davam etdirdiyi bildirilib.

GÜNÜN MANŞETLERİ