MİT: İranla 12 günlük müharibədə İsrail qat-qat böyük zərbə alıb

MİT: İranla 12 günlük müharibədə İsrail qat-qat böyük zərbə alıb
Yayınlanma tarixi: 1/26/2026 9:00:01 PM

"MİT Akademiyasının 37 maddəlik hesabatına görə, İsrail İranla müharibədə qat-qat böyük zərbə alıb"

İslamazeri.com xəbər verir ki, bunu türkiyəli jurnalist Qaffar  Yakınca telekanalların birində söhbəti zamanı açıqlayıb.

Türk jurnalist  El Al — İsrailin milli hava yolu şirkətinin planlanan uçuşları ləğv edərək sərnişinlərə biletlərin pulunu qaytarmasını, mümkün hücumla əlaqələndirib.

İrana qarşı gözlənilən hücumu İsrail tək edə bilməyəcəyini bildirən Yakınca "Yaxın günlərdə müəyyən hərəkətlilik gözlənilir. Bu gözləntilər əsasən ABŞ-dan qaynaqlanır. İsrail təkbaşına İrana qarşı hərbi əməliyyat aparmaq gücündə deyil. Açıq şəkildə görünür ki, İsrailin İrana qarşı real hərbi üstünlük əldə etməsi olduqca çətindir. Bunu sınaqdan keçirdi, test etdi və bacarmadığını gördü.

Məhz bu səbəbdən, hər hansı hərbi donanma və ya döyüş gəmiləri dənizə çıxmamışdan əvvəl İran bu görüntüləri ictimailəşdirdi.

Bizim əlimizdə Türkiyənin Milli Kəşfiyyat Təşkilatına bağlı MİT Akademiyasının 12 günlük müharibə ilə bağlı hazırladığı hesabat mövcuddur. Həmin hesabatda bildirilir ki, İsrail İranla 12 gün davam edən müharibə zamanı olduqca böyük zərbə alıb və açıqlanan rəqəmlər real itkilərdən qat-qat azdır.

Bu kəşfiyyat məlumatlarının mənbəyi Türkiyənin öz imkanları əsasında əldə etdiyi informasiyalardır. Türk kəşfiyyatı bu mövzuda yüksək dəqiqliyə malikdir.", -deyə bildirib.

GÜNÜN MANŞETLERİ

Övladlarınıza gözəl adlar qoyun
DİN / MƏQALƏLƏR

Övladlarınıza gözəl adlar qoyun

1/26/2026 5:33:01 PM
İstiğfar namazı
DİN

İstiğfar namazı

1/26/2026 3:15:19 PM
Suriyada atəşkəs rejiminin müddəti uzadılıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Suriyada atəşkəs rejiminin müddəti uzadılıb

1/26/2026 2:10:01 PM