Misir İsrailin Məscidül-Əqsaya hücumunu pisləyib

Misir İsrailin Məscidül-Əqsaya hücumunu pisləyib
Yayınlanma tarixi: 5.04.2023 11:09:23

Misir İsrail polisinin işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqını pisləyərək reaksiya verib.

Misir İsrail polisinin işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqını pisləyərək reaksiya verib.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Misir Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada "Misir Ərəb Respublikası İsrail polisinin Əl-Əqsa məscidinə qarşı həyata keçirdiyi, aralarında qadınların da olduğu etikafda olan və ibadət edən insanların yaralanması ilə nəticələnən hücumu ən sərt şəkildə qınadı" ifadələrindən istifadə edilib.

Həmin hücumla beynəlxalq qanunların və ənənələrin pozulduğu bildirilən açıqlamada İsrail səlahiyyətlilərindən hücumların dərhal dayandırılması tələb edilib.

Hücumların sona çatması üçün beynəlxalq ictimaiyyətin lazımi məsuliyyəti öz üzərinə götürməsi lazım olduğu qeyd edilən bəyanatda Misirin bölgədə atəşkəsə nail olmaq səylərini pozan həmin gərginliyə görə İsrailin məsuliyyət daşıdığı bildirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, İsrailin müqəddəs yerlərin xüsusi həyatını pozan hücumları Fələstin xalqı və bütün müsəlmanlar arasında qəzəb hissini artırıb.

İşğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə gecə saatlarında basqın edən İsrail polisi Qiblə məscidinə sığınanlara səs bombası və rezinlə güllələrlə müdaxilə edib, burada olanları dəyənəklərlə vurub.

GÜNÜN MANŞETLERİ